“Bunun əsas səbəbi “AKP” allergiyasıdır”

bunun-esas-sebebi-akp-allergiyasidir
Oxunma sayı: 651

“Qafqazinfo”nun Hürriyətə istinadən verdiyi məlumata görə, Ə. Davudoğlu Suriya ilə bağlı məsələdəki tənqidlərin kampaniyaya çevrildiyini söyləyib: “Bu yanaşmanın əsas səbəbi AKP allergiyasıdır. Baş nazirin xarizmasının pozulmasını istəyirlər”.

Suriyada 27 işgəncə mərkəzi olduğunu, 20 min insanın öldüyünü xatırladan nazir əsas anlayışın ədalət olduğunu deyib: "Zalım müsəlmandırsa, onu günahsız sayası deyilik. Miloşeviçin etdiklərini Əsəd edincə onu günahsız sayacağıq? Adı Əsədoviç deyil deyə səssizmi qalacağıq?"