Çempionlar Liqasında rəqiblərimiz bilindi - Püşk

cempionlar-liqasinda-reqiblerimiz-bilindi-pusk
Oxunma sayı: 641

“Qafqazinfo”nun verdiyi məlumata görə, Azərbaycanı turnirdə təmsil edəcək “Rabitə”, “Lokomotiv” və “Azərreyl” klublarının rəqibləri müəyyənləşib.

Ölkə çempionu “Rabitə” B qrupunda “Villa Kortese” (İtaliya), “Atom” (Polşa) və “Agel” ilə (Çexiya) rəqib olub.
“Azərreyl” isə daha asan rəqiblərlə üzləşəcək - “Əczaçıbaşı” (Türkiyə), “Myulhaus” (Fransa) və “Dresdner” (Almaniya).
Tarixində ilk dəfə ÇL-ə qatılan “Lokomotiv” “Dinamo” (Moskva, Rusiya), “Tomis” (Rumıniya) və “Bank Fakro” (Polşa) klubları ilə üz-üzə gələcək.

A qrupu
“Vakıfbank” (Türkiyə)
“Kann” (Fransa)
“Volero” (İsveçrə)
“Uraloçka” (Rusiya)

B qrupu
“Villa Kortese” (İtaliya)
“Atom” (Polşa)
“Rabitə” (Azərbaycan)
“Agel” (Çexiya)

C qrupu
“Yamamay” (İtaliya)
“Srvena Zvezda” (Serbiya)
“Dinamo-Romprest” (Rumıniya)
“Qalatasaray”(Türkiyə)

D qrupu
“Əczaçıbaşı” (Türkiyə)
“Myulhaus” (Fransa)
“Dresdner” (Almaniya)
“Azərreyl” (Azərbaycan)

E qrupu
“Dinamo” (Kazan, Rusiya)
“Tauron” (Polşa)
“Şveriner” (Almaniya)
“Urbino” (İtaliya)

F qrupu
“Dinamo” (Moskva, Rusiya)
“Tomis” (Rumıniya)
“Lokomotiv” (Azərbaycan)
“Bank Fakro” (Polşa)

Ceyhun Əhmədov