Çingiz Qənizadə İmişlidə seçicilərlə görüşüb - Foto

cingiz-qenizade-imislide-secicilerle-gorusub-foto
Oxunma sayı: 646

Bu gün isə Ç. Qənizadə İmişli rayonunun ən böyük kəndlərindən olan və özündə iki seçki məntəqəsini birləşdirən Qızılkənd kəndində görüş keçirib. Çoxlu sayda insanın iştirak etdiyi bu görüşdə deputat öz fəaliyyəti ilə yanaşı, Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən, İran-Azərbaycan münasibətlərindən, “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət Proqramı”nın həyata keçirilməsindən danışıb, seçicilərini narahat edən məsələlərin tərəfindən araşdırılacağına söz verib.

Millət vəkili İmişli şəhər Mədəniyyət Evində tək-tək vətəndaşlarla da görüşərək, onları narahat edən problemlərlə bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərəcəyini bildirib.

Deputat daha sonra rayon rəhbərliyi ilə birgə İmişli şəhər Dəmiryolu vağzalında yerləşən körpünün tikinti-bərpa işləri ilə tanış olub. Qeyd edək ki, piyadaların həyatı üçün təhlükəli olan bu körpünün yenidən bərpa olunması ilə bağlı Ç.Qənizadənin “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərova etdiyi müraciət öz müsbət nəticəsini verib və artıq bir neçə gündür ki, “Azərbaycan Dəmir Yolları” QSC-nin xüsusi tikinti briqadası tərəfindən İmişli şəhər Dəmiryolu vağzalında körpünün tikinti-bərpa işləri həyata keçirilir.

Növbəti həftə deputatın görüşləri davam etdiriləcək.