Çovğun davam edəcək

covgun-davam-edecek
Oxunma sayı: 677

Bakıda və Abşeron yarımadasında fevralın 10-dan 11-nə keçən gecə və səhər güclü küləkli, şaxtalı və çovğunlu hava şəraitinin davam edəcəyi, fasilələrlə az qar yağacağı gözlənilir.

Temperatur gecə və səhər 3-7° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Axşama doğru 5°-dək şaxta olacaq.
Bakıda gecə 5-7° şaxta, gündüz 0-2° şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 767 millimetr civə sütunundan 774 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq.
Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 7-12° şaxta, gündüz 0-4° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Fevralın 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Temperaturun gecə 15-20° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq.
Temperaturun gecə 3-7° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 7-12° şaxta, gündüz 1-6° şaxta, dağlarda gecə 15-20° şaxta, gündüz 7-10° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında fasilələrlə qar yağacağı gözlənilir.
Temperatur gecə 4-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir qar yağacağı gözlənilir. Fevralın 10-dan 11-nə keçən gecə bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Dağlarda duman olacaq.
Temperaturun gecə 3-6° şaxta, gündüz 0-2° şaxta, dağlarda gecə 12-17° şaxta, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.