Dəhşətli faciə: Ekskvator uşağı iki yerə böldü

dehsetli-facie-ekskvator-usagi-iki-yere-boldu
Oxunma sayı: 682

Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gün axşam saatlarında Katex çayında qeydə alınıb. Rayonun İtitala kənd sakini, 13 yaşlı Vahid İbad oğlu Hacıyev çayda çimdikdən sonra özünü quma basdırıb. Həmin vaxt çaydan qum yığan traktor xortumu ilə qumu götürərkən 13 yaşlı uşağı iki yerə bölüb.

Hadisə ilə bağlı polisə ifadə verən traktor sürücüsü qum yığarkən orada olan azyaşlı uşağı görmədiyini, bu faciənin bir təsadüf nəticəsində meydana gəldiyini bildirib.

Faktla bağlı Balakən Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.