Dünya futboluna möhtəşəm feyr-pley nümunəsi – VİDEO

dunya-futboluna-mohtesem-feyr-pley-numunesi-video
Oxunma sayı: 647

“Qafqazinfo”nun verdiyi xəbərə görə, “Termillo” – “Torres” oyunda qonaq komandanın futbolçusunun göstərdiyi feyr-pley nümunəsi alqışlarla qarşılanıb.

Belə ki, 90-cı dəqiqəsində “Termillo” komandası 1:0 hesabı ilə irəlidə olarkən rəqib futbolçusu Vittorio Espozito cərimə meydançasına daxil olub. Müdafiəçinin ayağını ona doğru uzatdığını görən futbolçu simulyasiya edərək özünü yerə atıb. “Termillo” futbolçularının etirazına baxmayaraq hakim penalti təyin edib. Lakin etdiyi simulyasiyaya görə peşman olan Espozito “günahını yuyub”.

Ceyhun Əhmədov

feyr-pley.flv