Ədəbiyyat yoxsa, bədniyyət

edebiyyat-yoxsa-bedniyyet
Oxunma sayı: 673

Ən doğru qiyməti isə didişənlər yox, seyrçilər verir...
Keçək mətləbə. Azərbaycan Yazıçılar Birliyinin necə deyərlər, “meşəyə ötürülən” vaxtında Rasim Qaraca “ətcəbala” Azad Yazarlar Ocağını yaratdı. Yeni yaranan qurum “qoca şir”in nəfəsini kəsməli, “meşənin sahibi” tituluna sahiblənməli idi. Rasim Qaraca yeni ədəbiyyatın yaranması uğrunda əlindən gələni etdi. Və... bu “ətcəbala” ədəbiyyat həvəskarlarından həmən kəkil çıxardıb “unitazın” üstündə şeir yazanlar da oldu, xoruza dönüb qarşısına çıxanın üstünə tullananlar da-sözün hər iki mənasında... Eləsi də oldu ki, həqiqətən başını aşağı salıb ədəbiyyata yeni nəfəs gətirdi-fəqət, Rasim bəydən qanacaq, mərifət əxz edənlər barmaq sayı qədər oldu...

Rasim bəy AYO-nu yaratmaqla “planka”nı qaldırdı. Yolunu azan, anasının əmcəyini kəsən, arı yeyib namusu kürəyinə şəlləmiş nə qədər adam vardısa, yığışdı buraya. İstedadlılar istisna təşkil etdi. O səbəbdən ki, qoyulan kredo bu idi ki, Anarı, Fikrət Qocanı infarkt etmək üçün var qüvvənizlə söyün, ağzınıza gələni yazın-olacaq ən yeni ədəbiyyat. Fəqət, nə Anar öldü, nə Fikrət Qoca... Ortalıqda qalanlar elə bu beş-üç ədəbiyyat adına biqeyrət, ana-bacısından bixəbərlər oldu...

Söydülər, yazdılar, yazdılar, söydülər, bunun bir faydası olmadığını görəndə dinlərini dəyişib xristian oldular, ölüləri üçün gedib kilsədə şam yandırdılar, Gürcüstanın xaçlı bayrağından paltar geydilər. Ki, diqqəti cəlb eləsinlər... Variantlar çox idi. Biri yazdığı söyüşləri evdə ilk olaraq anasına, arvadına, bacılarına oxutmaq (görəsən, həmin “ağbirçək” ana oğlunun söyüşlərini oxuyanda nə düşünüb, nə hisslər keçirib?), digəri söyüşlərlə dolu kitablar çap etdirib satışa buraxmaq-bu, həm də qazanc mənbəyi idi. Söyüş dolu kitablardan qazandığı pullarla arvadlarına, analarına alt paltarı, özlərinə, dədələrinə papaq, övladlarına çörək alacaqdılar... Əgər o ana oğlunun ona oxutdurduğu həmin söyüşləri sakitcə dinləyərək “əhsən” deyibsə, yaxud oğlunun yazdığından xəbərdar olub, ona bu qədər söyüş yazmağın cəmiyyət tərəfindən hamılıqla qəbul edilməyəcəyini, cavanları korlayacağını demirsə, bizə yalnız bunu demək qalır: O ana o oğula, o oğul da o anaya layiqdir. Anlaşılmayan bu ki, əcəba, yazıq cəmiyyətin günahı nə ki, bu üzü üzlər görüb sürtülmüş və sırtılmış ailənin əxlaqsızlığını müzakirə etmək zorunda qalmalıdır...

Hə, bu biqeyrət gədələr xristianları oxudular, özlərini xristian yazıçılara bənzətməyə çalışdılar, istədilər ki, onlar kimi məşhur olsunlar, amma tək kolumbiyalı Markesin qeyrətindən bir damcı əxz edə bilmədilər... Bunlar hər şeyə tüpürdülər. Biri yazdığı “povest”də (hələ povestlə romanın fərqini anlamayan bu məlun həmin povestini cəmiyyətə “roman” adıyla sırıyıb müzakirəyə çıxardı-X. H) anasının Dubaydan, İrandan oyuncaq gətirib satmasını, bir sözlə, alverçilık etməsini, yəni anasının gecələri harada keçiməsindən bixəbərliyini az qala qürurla dilə gətirdi, hətta erməni sevgilisinin bu BOMJ-a hədiyyə etdiyi hədiyyəni də satmasını fəxarətlə yazdı; guya oxucunun bunun bu halına yazığı gələcəkdi... Yetənə yetdi, yetməyənə daş atdı... Amma unutdu ki, onu oxuyan oxucu o anda bircə şey düşünür: Anası çıxdığı ağacı balası budaq-budaq gəzir- anası əşyalarla alver edir, oğlu sərsəm cümlələrlə. Özündən yaşda balaca qız şairələrin qalın qaşlarına lağ elədi, onları bakirəlikdə suçladı. Bir şeyi unutdu ki, oxucu o anda düşünə bilər: Əcəba, tənqid və təhqir obyekti olan həmin qız bu biqeyrətin ana- bacısı kimi özünü İranda və Dubayda alver predmetinəmi çevİrməliydi? Çifayda, şərəfsizlər və binamuslar çətin dərk edər ki, hamı onlar kimi əxlaqsız deyil, onların psixolojisi bunları qavramaz. Və bu yerdə məntiq bunu diqtə edir: belələri üçün bakirə olub-olmamaq əsas deyil və bu adamların yanında bacısını zorlasalar, dillənəsi deyillər. Amma... gözəl qızlardan “rədd ol” cavabı alanda, mövzu tapmayanda onları da öz ana-bacılarının yerişini yeriyən sanıb sarılarlar qələmə, yazıçılıq edərlər. Edin, əxlaqsız ailənizin və özünüz kimi tərbiyə görməmiş kəmağılların alqışını qazanın. Amma eyni zamanda onu da unutmayın ki, təhqir etdiklərinizin ağır cəzalandırmasını da qazana bilərsiniz.

Hə, nə olsun? Yenə söyün, itin ağzı ətə çatmayanda deyiləni deyin. Yenə sərsəmləmələrdən ibarət cild-cild kitablar nəşr etdirin. Sizdən nəinki yazıçı, sizdən heç nə olan deyil. Sizlər olsa-olsa, öz ailənizin yaşam tərzini yazıb bizlərə meşşan həyatınız haqda məlumat verərsiniz ki, biz də oxuyub belə bir səfil təbəqənin varlığından xəbər tutarıq. Sizlərin bu cəmiyyətə ən böyük xeyriniz yalnız və yalnız bu ola bilər və budur-mükəmməl tanıtımınız. Vəssəlam!
Bu adamların başları ciblərinə, cibləri də başlarına bənzəyir-boşdur. Heç nə yaza bilmirlər, ancaq iddiaları nəinki ağıllarından, hətta alverçi analarının zənbillərindən belə böyükdür. Roman, ədəbi nümunə adı ilə yaşadıqları seksual həyatı və... və bir də arzusunda olduqları, amma yetə bilmədiklərini yazırlar. Daha yaxşı olmazmı ki, bütün gün evdə oturub öz ana-bacılarına öz seksual həyat tərzlərindən danışsınlar... Və qarşılıqlı sərgüzəşt dinləsınlər. Onsuz da onların yazdıqlarını özlərindən başqa oxuyan yoxdur. Daha cəmiyyətin könlünü bulandırmaq nə üçün. Heç olmasa anlasınlar ki, vallahi və billahi milçək bir şey deyil, amma könül bulandırır.
P.S. “Demokrat” qəzetinin redaksiyasında “Rodi Mood” torbaları ilə dolu erməni düşərgəsinin adını daşıyan qalaq-qalaq kitabları toz basmaqda idi... Kim idi ki onları oxuyan???