Əhalisi çox olan ölkələrə yenə Çin liderlik edir

ehalisi-cox-olan-olkelere-yene-cin-liderlik-edir
Oxunma sayı: 1175

“Qafqazinfo”nun xarici KİV-lərə istinadən xəbərinə görə, BMT-nin Əhali Fondunun məlumatında əhali çoxluğunda Çin liderlik edir. Bu ölkənin əhali sayını 1milyard 338 milyon 300 min nəfər təşkil edir. Sonrakı yerləri Hindistan və ABŞ tutur. Türkiyə 72 milyon 752 min nəfərlə 18-ci yerdədir.

İqlim dəyşikliklərinin dünya əhalisinə təsir edən ən əhəmiyyətli problem olduğu bildirilir. Dünyanın ekoloji sisteminin sürətlə pozulması, sərvətlərin tükənməsi əhali atımına ciddi təsir göstərir.

Əhali artımının olduğu ölkələrin siyahısında Asiya, Amerika və Afrka ölkələri üsütünlük təşkil edir. Avropa ölkələri arasında yalnız Amaniya 82 milyon əhalisi ilə ilk 20-likdə yer alıb. 141 milyon 750 min əahlisi olan Rusiya 9-cu yerdə olsa da bu ölkənin ərazisinin böyük hissəsi Asiya qitəsinin payına düşür. Bundan əlavə, 2001-ci ilin statistikası ilə müqayisədə Rusiyayın əhalisi təxminən 4 milyon 200 min nəfər azalıb.