Belə düşüklük gördünüzmü? - Xalq artisti itini “evləndirir”

Belə düşüklük gördünüzmü? -<font color=red> Xalq artisti itini “evləndirir”</font>
Oxunma sayı: 176

Azərbaycanın xalq artisti Səməd Səmədov və müğənni Nadir Qafarzadə maraqlı açıqlamalar ediblər. Lent.az-ın xəbərinə görə, hər iki müğənni ATV-də çıxış edərək, «qohum olacaqlarını» deyiblər. Onların qohumluqlarının səbəbkarları isə müğənnilərin itləridir. Belə ki, Səməd Səmədov öz iti ilə Nadir Qafarzadənin itini «qovuşdurmaq» qərarına gəlib: “İtimin sayəsində Nadirlə qohum olacağam. Onu da deyim ki, əvvəl Cenifer Lopez mənimlə qohum olmaq istəyirdi. O, da Bakıya iti ilə gəlmişdi. Amma mən razılıq vermədim. Fikrim var ki, Nadirlə qohum olum. Biz onlara toy etmək qərarına da gəlmişik”.

Nadir Qafarzadə də həmkarından heç də geri qalmayaraq, itlərini evləndirməkdə maraqlı olduğunu deyib: “Mən itimi efirə çıxarmaq istəmirəm. Çünki göz dəyir. İki dəfə itimi efirə çıxarmışam. Hər ikisi sabahı gün vəfat edib. Buna görə biz pis oluruq, ürək ağrısı keçiririk. Amma itimi Səməd Səmədovun evinə gəlin köçürəcəyəm. Biz quda olacağıq. Toyda isə dünya ulduzları oxuyacaq”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi