Emel Sayın futbolçudan evlənmə təklifi aldı

emel-sayin-futbolcudan-evlenme-teklifi-aldi-
Oxunma sayı: 695


“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən xəbərinə görə, bu önəmli gündə müğənnini dostları da tək buraxmayıb.

Sənətçi səhnəyə modelyer Saturn Yorgancıoğlunun hazırladığı, 400 illik antikvar bir geyimlə çıxıb. O, paltarı üçün "tarixi əsər üzərinə tarixi əsər oldu", - deyə zarafatla sözlərinə davam edib: "Hürrəm Sultan olaraq səhnəyə çıxmaq istədim. Sultan Süleyman məni görsəydi, nə edərdi, görəsən, Hərəmini bağlayardımı?"

Sonra Emel Sayın dostlarıyla birlikdə ad günü tortu kəsib. Jurnalistlərin suallarını cavablandıran sənətçi: "Özümü çox yaxşı hiss edirəm. Daha nə qədər ömrümüz var bilmirəm, amma heç unutmayacağım bir ad günü oldu", deyib.

Gecənin ən böyük sürprizi əfsanə futbolçu Paskal Noumanın skripka çalaraq səhnəyə çıxması olub. Nouma Sayına "Mənimlə evlənərsənmi?" deyə soruşub. Şok olan sənətçi "anam burada, ondan soruşmaq istəyirəm" deyə cavab verib. Nouma Sayının anası Suat xanımın yanına gedib və onun əlini öpərək qızını istədiyini söyləyib.