Ərdəbil də mitinqlərə başlayır

erdebil-de-mitinqlere-baslayir
Oxunma sayı: 658

“Qafqazinfo”nun Günaz TV-nin internet saytına istinadən əldə etdiyi məlumata görə, etiraz aksiyası ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) məsullarını təşvişə salıb və ərdəbilli fəallara qarşı təzyiqlər artıb.
Dünən səhər vaxtlarında Güney Azərbaycan milli hərəkatının tanınmış nümayəndəsi Abbas Lisaninin həbsi bu təzyiqlərin sırasındadır.
Tanınmış azərbaycanlı fəallın yaxınlarının məlumatına əsasən, Abbas Lisani həbs olunduğu andan aclıq aksiyasına başlayıb.
Daha bir məlumata görə, Abbas Lisaninin həbsi Ərdəbil əhalisinin ciddi narahatlığına səbəb olub və şəhər əhalisi bir-birlərinə mesaj ataraq, etiraz aksiyasında aktiv olacaqlarını bəyan edib.