Bərdədə ər arvadını baltaladı

Bərdədə ər arvadını baltaladı
Oxunma sayı: 1786

Bərdə rayonunda ər arvadını baltalayıb. “Qafqazinfo” unikal.org-a istinadən xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb.

Belə ki, Kəlbəcərdən məcburi köçkün Nadirxanov Şahvələd Pənah oğlu öz həyat yoldaşı, 1983-cü il təvəllüdlü Yəhyayeva Pərvanə Arif qızını balta ilə ağır xəsarət yetirib. Yaralı Pərvanə Yəhyayeva yaxınları tərəfində Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi