Bərdədə ev yandı

berdede-ev-yandi
Oxunma sayı: 795

Bərdədə yanğın hadisəsi qeydə alınıb.
 
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bərdə rayonu, Qasımbəyli kəndində ümumi sahəsi 81 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları 18 m² sahədə yanıb.
 
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.