Ərdoğana faşist dedi, evsiz qaldı

erdogana-fasist-dedi-evsiz-qaldi
Oxunma sayı: 651

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə,
Diyarbəkir Böyük Şəhər bələdiyyə rəisi Osman Baydəmir baş nazir Rəcəb Tayyib Ərdoğanın təzminat borcunu ödəmək üşün evini satışa çıxarıb.

2009-cu ildə Baydəmir çıxşlarından birində baş naziri faşist adlandırdığından Ərdoğan ona qarşı təzminat davası açaraq 30 min lirə tələb edib. Bu da faizlə 50 min lirə olduğundan sədr evini satmaq məcburiyyətində qalıb.

Baydəmirin sözlərinə görə, artıq 30 min lirə baş nazirə çatıb: “Əslində təhqir bu rejimə qarşı ədalətli, insani üsyandır. Bunun bədəlini təzminatla ödəyirəm. Ən azından sədaqət göstərməmiş oluram”.