“Ərəb Baharı”nın ildönümü qeyd edildi

ereb-baharinin-ildonumu-qeyd-edildi
Oxunma sayı: 641

Minlərlə insan inqilabın ildönümünü qeyd etmək üçün şəhərin mərkəzi meydanına doğru yürüş edib. Yürüş iştrakçıları inqılabın hələ ki, davam etdiyini bildiriblər. Ölkənin sabiq prezidenti Hüsnü Mübarəkin devrilməsindən sonra hakimiyyəti ələ alan generallara qarşı etiraz şüarları səsləndirilib. Etirazçılar hərbi şuranın istefasını və onun mülki şura ilə əvəzlənməsini tələb ediblər.

Xatırladaq ki, bir il əvvəl Tunisdə başlayan və bütün Ərəb dünyasına yayılan "Ərəb Baharı" hərəkatı Misirdə də hökumətin dəyişməsinə səbəb olmuşdu. Anti-hökumət nümayişlərinin başlamasından 18 gün sonra isə prezident Hüsni Mübarək istefa vermişdi.

anspress