“Bəşəriyyətin həyatı təhlükəyə girəcək” - Stiven Hokinq

beseriyyetin-heyati-tehlukeye-girecek
Oxunma sayı: 3294

Müasir dövrün ən məşhur fizik-nəzəriyyəçilərindən olan Stiven Hokinq texnologiyanın gələcəkdə təsirləri barədə danışıb.

“Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, elm adamı bir gün texnologiyanın insanlardan daha üstün bir nöqtəyə gələrək, onları aradan qaldıracağını deyib.

“Robot və kompüterlərin çox inkişaf etməsi nəticəsində bəşəriyyətin həyatı təhlükəyə girəcək. Əgər insanlar kompüter virusu hazırlasa, süni intellekt bunu ortadan qaldıra biləcək”.

Hokinq texnikanın bir müddət sonra insanlardan daha fəal olacağını və dünyanı idarə edəcək bir mövqe əldə edəcəyini də vurğulayıb:

“Dünya əhalisi təcili olaraq yaşaya biləcəyi bir planet taparaq oraya köçməlidir. Çünki artıq geri dönülməz bir nöqtəyə gəlmişik”.