Eşşək bələdiyyə sədrliyinə namizəd oldu

essek-belediyye-sedrliyine-namized-oldu
Oxunma sayı: 1687

“Qafqazinfo”nun Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi xəbərə görə, Marko adlı eşşəyin namizədliyini irəli sürən Yeni Bolqarısan Partiyası Varnanın bələdiyyə sədri Kiril Yordanovun vəzifəsinin öhdəsindən gəlmədiyini düşünürək, etiraz reaksiyası olsun deyə, bu qərarı qəbul edib. Partiyanın seçki kampaniyasını aparan Angel Dyankov olduqca tikanlı danışıb: “Digər bütün namizədlərin əksinə, Markonun çox güclü bir xarakteri var. Çox işləməyə meyllidir. Oğurluq etmir, yalan da danışmır”.
İndidən Bolqarıstanda və xaricdə medianın əsas mövzusu olan bələdiyyə sədrliyinə namizəd olan Markonun seçildiyi təqdirdə Varnada getdikcə azalan yaşıllıqlar üzündən işinin olduqca çətin olacağı bildirilir.
Başqa tərəfdən Varna bələdiyyə sədri Kiril Yordanovun rəqibi Marko ilə birlikdə seçicilərin qarşısına çıxmaq istəmədiyi xəbər verilir.