Beynəlxalq Bankdan 7%-lə kredit

beynelxalq-bankdan-7-le-kredit
Oxunma sayı: 2631

Azərbaycan Beynəlxalq Bankı fermerlərə güzəştli şərtlərlə kredit verəcək.

“Qafqazinfo” xəbər verir ki, Bankın Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti ilə imzaladığı niyyət protokolunda belə bir güzəşt nəzərdə tutulub. Kənd təsərrüfatı sahəsi üzrə verilən kreditlərin maksimal məbləği 200 000 manatadək olacaq. Kreditlər 7% illik faiz dərəcəsi ilə veriləcək.

Azərbaycan Beynəlxalq Bankının Korporativ biznesin inkişafı departamentinin direktoru Ülvi Qasımov bildirib: “Kiçik və orta sahibkarlığa dəstək Azərbaycan Beynəlxalq Bankı üçün əsas prioritetlərdəndir. Kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsi xüsusilə əhəmiyyət kəsb edir. Bu protokol çərçivəsində ayrılmış kredit limiti kənd təsərrüfatı layihələrinin maliyyələşdirilməsində mühüm rol oynayacaq”.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 40 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.