Beynəlxalq Olimpiya elmi konfransı başladı

beynelxalq-olimpiya-elmi-konfransi-basladi
Oxunma sayı: 643

“Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru professor Ağacan Abiyev Azərbaycanda idmanda yüksək sürət və inkişafın baş verdyini qeyd edib. Daha sonra isə o «Pyer de Kuberten Olimpizmi» mövzusunda çıxış edib.

Konfrans öz işini ayrı-ayrı bölmələrdə davam etdirir. Bölmə iclaslarında «Olimpiya oyunlarına hazırlığın nəzəriyyəsi və metodikasında innovasiyaların tətbiqi», «Müasir Olimpiya oyunlarının e. ə. keçirilən Olimpiya oyunları ilə müqayisəli təhlili», «Müasir Olimpiya hərəkatının fəlsəfi aspektləri və gənclərin olimpiya təhsili kütləvi idman hərəkatının inkişafının əsas istiqamətidir», «Bədən tərbiyəsi və idman insan orqanizminin funksional sistemdə hormonik inkişafın və stressin sabitləşdirilməsində əsas vasitədir» kimi mövzular ətrafında məruzə və çıxışlar dinlənilir.

Konfrans öz işini bu gün yekunlaşdıracaq.