“Əzizbəyov” “Koroğlu” kimi fəaliyyətə başlayacaq

ezizbeyov-koroglu-kimi-fealiyyete-baslayacaq-
Oxunma sayı: 1175

Yaxın günlərdə əsaslı təmir olunan keçmiş “Məşədi Əzizbəyov” metro stansiyası “Koroğlu” adı ilə fəaliyyət göstərəcək. Artıq stansiyada aparılan təmir-tikinti işləri başa çatıb. Xarici görünüşünə görə “İçərişəhər” stansiyasına bənzəyən “Koroğlu”nun ətrafında marşrut avtobuslarının dayanmasına qadağa qoyulacaq. Buna səbəb kimi Heydər Əliyev prospektindən hava limanı istiqamətində gedən yolda tıxacların yaranması göstərilir.

Həmçinin “Koroğlu” stansiyasının qarşısında salınan “Alov-Büllur” kompleksinin tikintisi də başa çatıb. Metro stansiyanın istifadəyə veriləcəyi gün parkın da açılışı olacaq.
Metro ilə bağlı bir başqa məlumat isə Bakı metrosunda sərnişinlərin istifadə etdikləri təmassız kartlara yüklənmiş məbləğ gedişlərin pul vahidi ilə əvəzlənməsidir. Kartlara yüklənmiş gedişlərin sayına müvafiq olan məbləğdən istifadə etdikləri hər bir gediş üçün 20 qəpik çıxılır. Lakin post terminallarda gedişhaqqı yükləyən sərnişinlər çətinliklərlə üzləşirlər. Günün müxtəlif vaxtlarında posterminallarda sərnişin sıxlığı yaranır, vətəndaşlar gedişhaqqı yükləmək üçün növbəyə durmalı olurlar. Bakı Metropolitenindən verilən məlumata görə, gedişhaqqının məbləğlə ifadə olunması gələcəkdə metrodan kənarda yerləşdiriləcək “pay-point” aparatlarında ödənilməsi üçün atılmış addımdır. Gələcəkdə gediş haqqını sərnişinlər metrodan kənara da kartlarına yükləyə biləcəklər.

musavat.com