FHN taxılın qiymətini qaldırdı

fhn-taxilin-qiymetini-qaldirdi
Oxunma sayı: 687

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün ölkədə istehsal olunmuş yüksək keyfiyyətli buğdanın tədarükünü davam etdirir. “Qafqazinfo” qurumun saytına istinadən xəbər verir ki, bu məqsədlə, cari ilin avqustun 12-dən etibarən yerli buğda istehsalçılarından alınan yüksək keyfiyyətli buğdanın hər tonu üçün alış qiyməti 230 AZN-dən 250 AZN-ə qaldırılıb.