Fransanın “Evrovision” üsyanı

fransanin-evrovision-usyani-
Oxunma sayı: 640

“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bu ölkənin müsabiqə komitəsinin rəhbəri Thierry Langlois balların coğrafi amillərə görə verildiyini bildirərək, dünyanın məşhur sənətçisi Angunun layiq olmadığı nəticə aldığını deyib. Hər ölkənin öz qonşusuna səs verdiyini irəli sürən Langlois “Eurovision”da səsvermə sisteminin dəyişdirilməsi üçün müraciət edəcəyini qeyd edib.

Müğənni Angun da nəticəyə etiraz edərək bildirib ki, Fransa ilk sıralarda olmalı idi. O, nəticədən bir şey anlamadığını deyib.

Fransa mətbuatı isə Angunun Rusiyanın “nənələri”nə qarşı belə mübarizədə apara bilmədiklərini yazıb. Le Fiqaro qəzeti Fransanın qürurunun sarsıldığını yazaraq yeni prezident Fransua Ollandın buna heç bir münasibət bildirməməsinə diqqət çəkib.