Hacıbala Abutalıbov məhkəməyə veriləcək

hacibala-abutalibov-mehkemeye-verilecek
Oxunma sayı: 644

MMP-nın mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumata görə, cavabı meriyanın şöbə müdiri Zaur Ramazanov hələ ki, şifahi şəkildə verib. Qanunvericiliyə görə, ən gec mayın 16-də cavablandırılmalı olan məktub isə hələ də cavablandırılmayıb.

Bu gün Nərimanov metro stansiyasının ətrafında və yaxud Füzuli meydanında beş min nəfərlik mitinq keçirməyə qərar verən partiya rəhbərliyi Müasir Müsavat Partiyasının mərkəzi qərargahında MMP-nin İdarə Heyəti, Mitinq Komitəsi və Bakı rayon təşkilatlarının fəalları ilə birgə toplantı keçirib. Toplantıda BŞİH-nin səhlənkar, etikadankənar, konstitusiyaya zidd bu addımını Hacıbala Abutalıbovun növbəti demokratik dəyərləri heçə sayması kimi qiymətləndirilib. Toplantıda qərara alınıb ki, Hacıbala Abutalıbov bu qanunsuz hərəkətlərinə görə məhkəməyə verilsin, həmçinin növbəti mitinqin vaxtını təyin etmək üçün gələn həftənin bazar ertəsi MMP İH və Mitinq Komitəsi yenidən bir araya gəlsin.

Sədan