Hacıqabul rayonunda silahlı insident oldu

haciqabul-rayonunda-silahli-insident-oldu
Oxunma sayı: 659

Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib. Məlumata görə, rayon sakini Sevda Ələkbərovanın evinə açıq qalan qapıdan girən maskalı naməlum şəxs tüfənglə onu hədələyərək pul və qızıl əşyalarını verməsini tələb edib. Səs-küyə gələn Sevda Ələkbərovanın oğlu Bəhram Ələkbərov özünə məxsus tüfənglə həmin şəxsi hədələyərək evdən çıxmasını tələb edib. Oğurluğa girən şəxs ev sahibinə tabeçilik göstərmədiyi üçün B. Ələkbərov silahdan atəş açaraq onu yaralayıb.

Hadisə yerinə polis əməkdaşları çağırılıblar. Araşdırmalar zamanı evə basqın edən həmin şəxsin Hacıqabul şəhər sakini Rahil Şahkərəmov olduğu müəyyən edilib və o, xəstəxanaya yerləşdirilib. Rahil Şahkərəmovdan hadisə zamanı istifadə etdiyi qundağı kəsik tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.