Hakimiyyət müxalifətin mitinqinə yer verdi

hakimiyyet-muxalifetin-mitinqine-yer-verdi
Oxunma sayı: 1020

“Qafqazinfo”nun məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin cavab məktubunda qeyd olunub ki, “Nərimanov” kinoteatrının qarşısındakı meydan nəqliyyatın intensiv hərəkət etdiyi, insanların istirahət etdiyi ərazidir. Bakı Şəhər İcra Hakimiyyəti mitinqi 20-ci yaşayış sahəsi, Elçin Əziziov küçəsində yerləşən sürücülük məktəbinin meydançasında keçirilməsini təklif edir.

İctimai Palata mitinqi “Parlament buraxılsın və yeni seçkilər keçirilsin”, “Sərbəst toplaşmaq azadlığı təmin olunsun”, “Siyasi məhbuslara azadlıq”, “Mətbuata təzyiqlərə son qoyulsun”, “Korrupsiya və rüşvətxorluqla əsaslı mübarizə aparılsın”, “Proporsional seçki sistemi bərpa olunsun” tələbləri ilə keçirmək istəyir.

Fatimə Kərimli