Hava şəraiti də standartdan çıxır

hava-seraiti-de-standartdan-cixir
Oxunma sayı: 653

“Qafqazinfo” departamentə istinadən xəbər verir ki, iyulun 7-də küləyin zəifləməsi və cənub, cənub-şərq küləyi ilə əvəz olunması, “istilik dalğası”nın təsiri (burada maksimal temperatur 40 dərəcəyədək yüksəlib), dəniz üzərindən buxarlanmanın bir qədər artması və havada olan toz hissəciklərinin buxarla tutulub saxlanması nəticəsində zəif duman effekti yaranıb. Belə ki, Neft Daşları stansiyasının məlumatına əsasən iyulun 8-də saat 12:10 radələrində zəif duman qeydə alınıb, görünüş 4 kilometrədək zəifləyib.

Abşeron yarımadasında hava şəraiti az qradientli barik sahənin təsiri altında formalaşıb. Bu da havada olan oksigen sıxlığının azalmasına, çirkləndirici qaz qarışıqlarının konsentrasiyasının artmasına əlverişli şərait yaradıb.

EUMETSAT Dawbee peyk sisteminin məlumatına əsasən Bakı və Abşeron ərazisində, Xəzər dənizi üzərində müxtəlif kanallar üzrə şəraitin səciyyəsi:

“Dust RGB” kanalında Abşeron yarımadasının quru sahəsi üzərində toz qatı müşahidə olunmayıb, lakin Xəzər dənizi üzərində zəif dumanın tərkibində görünən az miqdarda tozun olması təsdiqlənib.

Hazırda cənubdan və ya şərqdən ölkə üzərinə toz axınlarının hərəkəti qeydə alınmayıb.

Digər peyk kanalları üzrə alınan məlumatlara görə Abşeron üzərində atmosferin aşağı qatlarında (zəif) nazik bulud qatı qeydə alınıb.

Atmosfer havasının çirklənməsi üzrə monitorinqin nəticələri

Əlverişsiz meteoroloji şəraitlə bağlı iyulun 8-i səhər saatlarında zərərli qaz qarışıqlarının konsentrasiyasının əvvəlki günlərə nisbətən toz istisna olmaqla artımı müşahidə olunub. Belə ki, azot 4-oksid sutka ərzində sanitar normadan 2.7, furfurol 4.2, dəm qazı 1.6, hidrogen sulfid 1.1 dəfə çox olub. Toz isə əksinə olaraq yer səthi üzərində iyulun 7-dən fərqli olaraq 7 dəfə azalaraq 0.4 YVQH-yə düşüb. Sutka ərzində ümumi şəhər üzrə orta çirklənmə səviyyəsi proqnozlaşdırılıb.

İyulun 9-11-də gözlənilən hava şəraiti

İyulun 9-dan 11-dək hava şəraitində gözlənilən güclü şimal-qərb küləyinin yenidən üstünlük təşkil etməsi çirklənmə səviyyəsinin azalmasına və zəif dumanın səpələnməsinə səbəb olacaq.