Hidayət Orucov prezidentə məktubunda Rafiq Əliyevi ittiham etdi

hidayet-orucov-prezidente-mektubunda-rafiq-eliyevi-ittiham-etdi
Oxunma sayı: 952

Komitənin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan məlumatda bildirilir ki, Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2001-ci il tarixli, 512 saylı Fərmanı ilə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) yaradıldıqdan sonra regionda və ölkədə gedən proseslər, eləcə də dini durumda baş verən hadisələr Ümummilli Liderimiz Heydər Əliyevin bu qərarının müdrik və düzgün olduğunu bir daha təsdiqlənib. Məlum olub ki, DQİDK yaradılmasaydı, ölkədə dini durum indikindən qat-qat gərgin olar, ekstremist dini qrupların sayı çoxalar, zərərli təriqətlər sürətlə yayılar və dövlət-din münasibətlərinin tənzimlənməsində ciddi problemlər ortaya çıxardı: “Təəssüflə qeyd edilməlidir ki, Dövlət Komitəsinin ilk beş illik fəaliyyətində çoxsaylı ciddi nöqsanlara yol verilmiş, nəticədə qarşıya qoyulmuş məqsədlərə çatmaq mümkün olmamışdır. Lakin Zati-Alilərinizin təşəbbüsü və müvafiq Sərəncamı ilə 25 iyul 2006-cı ildə rəhbərliyi dəyişdirildikdən sonra Dövlət Komitəsinin fəaliyyəti tamamilə yenidən qurulmuş, qarşısına qoyulmuş vəzifələrin uğurla icra edilməsi, kadr potensialının formalaşdırılması, zərərli dini cərəyanların və ekstremist meyillərin qarşısının alınması, eləcə də bu sahədə mövcud problemlərin həlli istiqamətində xeyli iş görülmüş və önəmli nəticələr əldə edilmişdir”.

Məktubda bildirilir ki, bununla belə, ümumiyyətlə, regionda dini problemlər mürəkkəb olduğu və həlli müəyyən zaman tələb etdiyi üçün ölkəmizdə uzun müddət ərzində siyasiləşmiş radikal dini qrupları və təriqətləri birdəfəlik zərərsizləşdirmək, eləcə də dini maarifləndirmə sahəsində mövcud boşluqları tamamilə aradan qaldırmaq hələ də mümkün olmayıb: “Ötən beş il ərzində Dövlət Komitəsinin kollektivi Zati-Alilərinizin diqqət və qayğısını, eləcə də din sahəsinə həssas və tələbkar münasibətini hər an hiss etmiş, yüksək etimadınızı doğrultmaq və fəaliyyətini günün tələblərinə uyğun qurmaq istiqamətində ciddi səylə çalışmışdır. Zati-Alilərinizin müvafiq Sərəncamı ilə yaradılmasının on ilinin tamam olması ərəfəsində Dövlət Komitəsinin bir qrup əməkdaşının təltif edilməsini dərin minnətdarıq hissi ilə qarşılamaqla yanaşı, kollektivimizə növbəti dəfə böyük qayğınız və etimadınız, eləcə də gələcəkdə daha uğurlu fəaliyyət üçün yüksək mənəvi dəstəyiniz kimi qəbul edirik. Əmin ola bilərsiniz ki, Dövlət Komitəsinin kollektivi yüksək etimadınızı doğrultmaq, bundan sonra da öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirmək, din sahəsində mövcud problemlərin sürətlə həllinə və dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsinə nail olmaq üçün var qüvvəsi ilə çalışacaqdır”.