Hücum edən şəxs öldürüldü – Yenilənib

hucum-eden-sexs-olduruldu-yenilenib
Oxunma sayı: 693

İstanbulda təxminən 1 saat davam edən atışmadan sonra silahlı basqın edən şəxs öldürülüb. “Qafqazinfo”nun məlumatına görə, İstanbul polisi basqın edənin xarici ölkə vətəndaşı olduğunu açıqlayıb.

-----

“Qafqazinfo”nun Türkiyənin “Milliyet” qəzetinə istinadən xəbərinə görə, hadis yerində üç yaralı olduğu açıqlanıb. Ətrafda silah səslərnin eşidildiyi xəbər verilir.
Topkapı Sarayının önünə gələn silahlıya görə muzey işini dayandırıb. Polis küçəni və ətraf meydanı boşaldıb. Hadisənin nə olduğu tam olaraq hələ ki bilinmir.
Polis basqınçını zərəsizləşdirməyə çalışır. Hadisə şahidləri bildiriblər ki, ərəb qiyafəli bir nəfərin “Allahu Əkbər” deyərək, ətrafa atəş açıb.
Polis basqın edən şəxsi Topkapı Sarayının içinə sıxışdırsa da hələ onu zərərsizləşdirmık mümkün olmayıb.