Nelson Henrikes – Fortunato Pakavira (Anqola), Sergey Torres – Xose Karlos Bulnes (Kuba), Liviu Lazar-Dumitresku – Viktor Mixalaki (Rumıniya), Andrey Baqdanoviç – Aleksandr Baqdanoviç (Belarus) və Erlon Silva – Ronilson Oliveyra (Braziliya) cütləri ilə mübarizə aparan kanoeçilərimiz 3 dəqiqə 38 saniyəlik göstərici ilə qrup lideri olub və birbaşa finala vəsiqə qazanıb.
Belə ki, 6 cütlüyün yarışdığı 2 yarımqrupda 1-ci yeri tutanlar birbaşa finala, digər 10 duet isə yarımfinala vəsiqə qazanır. Yarımfinalda hərəsində 5 cütlük olmaqla 2 qrupa bölünən kanoeçilərdən hər qrupdan ən güclü 3 duet finalda iştirak edəcək. Beləliklə, finalda 8 kanoeçi dueti yarışacaq.
Final mərhələsi avqustun 9-da, Bakı vaxtı ilə saat 13:30-da başlanacaq.
Ceyhun Əhmədov