“İmkan verilməyəcək”

imkan-verilmeyecek
Oxunma sayı: 648

Bunu İrandan səfərdən yenicə qayıtmış Prezident Administrasiyasının (PA) ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, Azərbaycan ərazisindən İrana, İran ərazisindən isə Azərbaycana qarşı istifadə yol verilməzdir. İranla daim dostluq və qonşuluq münasibətlərinin olduğunu deyən PA rəsmisi vurğuladı ki, Azərbaycan tərəfi istənilən qonşu dövlətin ərazisinə olan hərbi müdaxilələrdən narahatdır. Eləcə də rəsmi Bakı İran ətrafında nüvə böhranı ilə bağlı yaranan problemin sülh yolu ilə həllinə ümid edir.

Qeyd edək ki, son zamanlar İranın nüvə proqramı və onun törədə biləcəyi fəsadlar uzun müddətdir ki, beynəlxalq ictimaiyyət tərəfindən müzakirə olunur. Qərb dövlətləri İrana qarşı tətbiq olunan sanksiyalara alternativ yol kimi hərbi müdaxiləni istisna etmirlər. İrana qarşı olan müdaxilələr isə qonşu dövlətlərə də təsirsiz ötüşməyəcək. Belə ki, bu İrandan minlərlə insanın sərhəd dövlətlərə üz tutması ilə nəticələnəcək. Bu isə Türkiyə və Azərbaycanda humanitar problemlərlə nəticələnə bilər.

ANS