Bir ailənin 5 üzvünün ölümünə səbəb olan sürücü hakim qarşısında

bir-ailenin-5-uzvunun-olumune-sebeb-olan-surucu-hakim-qarsisinda
Oxunma sayı: 1826

Bir ailənin 5 üzvünün ölümü ilə nəticələnən yol qəzasını törətməkdə təqsirləndirilən Heydər Quluyevin cinayət işi yenidən məhkəməyə göndərilib.

 “Qafqazinfo"nun verdiyi xəbərə görə, ötən ilin oktyabr ayında istintaq tamamlanaraq məhkəməyə göndərilsə də, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Novruz Kərimovun sədrliyi ilə aparılan 2 aylıq araşdırma zamanı kobud pozuntular ortaya çıxmışdı. Bu səbəbdən məhkəmə cinayət işindəki pozuntuların aradan qaldırılması üçün işi ibtidai istintaqa qaytarmışdı.

Prokurorluq işə baxaraq yenidən məhkəməyə qaytarıb və Heydər Quluyevin cəzalandırılmasını tələb edib. Bu dəfə iş hakim Əhməd Quliyevin icraatına verilib.

Qeyd edək ki, ötən il dekabrın 5-də saat 18 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində Bərdə rayon sakini Heydər Quluyevin idarə etdiyi “Mercedes” (yük) və Laçın rayon sakini Sakit Hüseynovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub. 

Nəticədə S.Hüseynov və sərnişinləri - arvadı Telnaz, qızı Samirə, gəlini Selcan və nəvəsi Cənnət hadisə yerində ölüblər. 

 Murad Əhməd