İran əsgərləri türklərə atəş açdı: 2 yaralı

iran-esgerleri-turklere-ates-acdi-2-yarali
Oxunma sayı: 689

“Qafqaznfo”nun “Sabah” qəzetinə istinadən xəbərinə görə, Vanın Saray qəsəbəsində qaçaq yolla sərhədi keçmək istətyən iki Türkiyə vətəndaşı İran əsgərlərinin açdığı atəşdən yaralanıb.

Hadisə Türkiyə vaxtı ilə saat 02.30-da baş verib. Yaralanan şəxsərin hər ikisinin 20 yaşı var.

Mobil telefonla kəndlilərə xəbər verən yaralılar bölgə xəstəxanasına çatdırılıblar. Yaralılardan birinin vəziyyəti ağırdır.

Hadisə ilə bağlı araşdırma başladılıb.