İrandan neft ixracı ilə bağlı şok - qərar

irandan-neft-ixraci-ile-bagli-sok-qerar
Oxunma sayı: 642

Xəbərdə neft ixracatı dayandırılan ölkələrin Holandiya, İspaniya, İtaliya, Fransa, Yunanıstan və Portuqaliya olduğu qeyd edilir.
İranın bu qərarı Avropa Birliyinin bir müddət əvvəl iyulun 1-dən etibarən tətbiq ediləcək neft embarqosuna cavab olaraq həyata keçirildiyi deyilir.

İranın Avropa Birliyi ölkələrinə neft ixracını dayandırması qərarından ən çox Yunanıstan və İtaliya iqtisadiyyatının zərər çəkəcəyi deyilir.

İranın bəzi ölkələrə neft ixracını dayandırması iddialarının ardınca Brent markalı neftin qiyməti yüzdə 1.13% artımla 119, 89 dollara qədər qalxıb.

İranın Neft Nazirliyi isə bu iddiaları təsdiqləməyib.

Səidə