Birdəfəlik ayrıldılar...

birdefelik-ayrildilar
Oxunma sayı: 682

Türkiyəli aktrisa-model Seda Güven aktyor sevgilisi Onur Tunadan ayrılıb.

“Qafqazinfo” xəbər verir ki, bir müddət əvvəl ayrılmaları barədə xəbərləri yalanlayan cütlük münasibətlərinə birdəfəlik nöqtə qoyub. 

Seda və Onurun tez-tez mübahisə etdiyi, aktrisanın bundan bezərək ayrıldığı iddia olunub. 

Qeyd edək ki,  Tuna “Cesur yürek” serialında baş rolu ifa edir, Seda isə son olaraq “Olanlar oldu” filminin əsas qəhrəmanı olub.

Xatırladaq ki, Seda Güvən ilk dəfə müğənni Keremcemlə evlənib, 9 ay sonra isə boşanıb.