Birdən oğlun “gey” olsa...

birden-oglun-gey-olsa
Oxunma sayı: 3267

Raminə Eyvazqızı

İki həftə qabaq  Bakıda polisin əməliyyatları zamanı onlarla cinsi azlığın tutulması xəbərinin üstündən  qənbər daşlarını asfaltlayan kimi keçdik. Xəbər cəmiyyətin marağına və təəccübünə yarayacaq qədər səs-küy doğurmadı. Çünki o arada Elzanın ölmüş pişiyinə nekroloq  hazırlanır, bir qrup media Adnan Oktar kimi tipi bəlli olmayan "alim"lə müsahibə (primitiv sullarla) üçün növbəyə yazılırdı. 

Polisin  saxladığı geylərin arxasınca gedəni də olmadı yəqin. Onların çoxu ailəsiz, nəslinin üz qarası, travmalı xəstələrdir. Çox vaxt tibbin qoyduğu diaqnozdan cəmiyyət əlinə düşən fürsət kimi istifadə edə bilir. Bədbəxtin balaları göydən düşməyiblər ki, onları da bir qadın dünyaya gətirib. 

Geylərin həbsinin nə dərəcədə doğru, yalnış olduğu da açıq sual altındadır. Qadın olmaq istəyirlər, buna görəmi? Kamboca prezidenti demiş, "tutulan  geylər uşaq doğa bilsə, onları azad edəcəyəm."  Cinsi azlıqların cəmiyyətdə əxlaqsızlıq təriqətini yaymaq kimi missiyalarının olması da narahatlıq doğurur. Bu heç də fahişələrin fəaliyyətindən artıq deyil. Onların da məqsədi pul qazanıb yaşamaq hüququ əldə etməkdir, guya. 

İndi az əvvəl tutulan və tibbi yoxlamadan keçən geylərin bir qrupunda QİÇS(AİDS) kimi dəhşətli xəstəlik tapılıb. Bunu rəsmi orqan da təsdiqləyib. Rəsmi məlumata görə, cinsi azlıqlar vətəndaşların şikayətlərinə görə tutulub. Belə çıxır ki, camaat narazı olmasaydı, geylər hələ çox adamı infeksion xəstəliklərə yoluxdurardı. Axı xəstəliyini bilən insan çox halda cəmiyyətdən qisas almaq üçün yaşayır. Biz"milli-mənəvi dəyərlərimiz" deyə-deyə hər məsələni malalamağı sevirik, həllindən başqa. Fakt odur ki, hələ də gecələrimiz günəşdən "qorxan" vampirsayağı cinsi azlıqlarla "bəzənir". Onların müəyyən yeri-yurdu var, bunu asayiş keşikçiləri də əla bilir. 

Deyəsən, cinsi azlıq deyə-deyə "çoxluq" yarandığından da xəbərimiz yoxdur. Bu bəladırmı? Geylərə həvəs göstərən kişilərmi çoxalıb? Adamın beynində  o qədər sual fırtınası yaranır ki...

Homoseksualistlərin həbsi (?)  hansı halda mümkündür? Onlara yenidən "kişilik məktəbi"mi qurulmalıdır? "Get, özünü kişi kimi apar" mı deyilməlidir? Geylə rastlaşmışam, məndən söz soruşub. Ona yazığım gəlmiş kimi hiss yaranıb içimdə. Bəlkə də o hissin adını bilmirəm. Səbəb bu da ola bilər. Ailə quran kişilərin çoxu övladının oğlan olmasını istəyir. Həmin kişilərə elə gəlir ki, doğulacaq oğlan mütləq ona "xeyirli oğul" olacaq. Bəs bunun əksini düşünən varmı? Oğulun bir gün gey dəstəsində görünməsindən təbii nə ola bilər ki? "Elə oğulun başını kəsərəm" demək çözümdürmü? 

Cinsi tərbiyədən məhrum, ailədən başqa hər kəsdən "cinsiyyət dərsi" alan gənclərin homoseksualist olmasa belə, onların "kruq"una  alət olmaq ehtimalı az deyil. Nəzarətiniz varmı? Bəs heç kəs oğlan uşağı arzulamasın? Başa düşürəm, əgər "44 yaşlı kişi 9 yaşlı qız uşağını zorladı" xəbəri yayılırsa, qadınlar belə, qız uşağı doğmaqdan boyun qaçıracaqlar. Onlar da düşünəcək ki, gələcəkdə qızını heyvani hissləri  ilə bacarmayan kişilərdən qoruya biməyəcək. Məsələnin həlli bu qədərdirmi? 

Sanki, cəmiyyət tüğyan edən dəhşətli hadisələrdən özünü sığortalamaq üçün nəsili istədiyi kimi artırmağa köklənib. Susqun, ətalət içində. Bəs bu cəmiyyəti kim düzəldəcək, dağılmış genləri kim müalicə edəcək, düzümünü itirmiş daşları kim yerinə qoyacaq?