İsa Bağırovun 7000 dollarını oğurlayan şəxs yaxalandı

isa-bagirovun-7000-dollarini-ogurlayan-sexs-yaxalandi-
Oxunma sayı: 683

Yanvarın 25-ində naməlum şəxslər Binəqədi – Xırdalan şossesinin 5-ci kilometrliyində Bakı şəhər sakini Şamo Həşimovu döymüş, küt alətlə kürəyindən vuraraq 40 manat pulunu və 3 ədəd mobil telefonunu alıblar. Binəqədi RPİ 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinənlər, Bakı şəhər sakinləri Orxan Hümbətov və Vüsal Mehdizadə yanvarın 26-da yaxalanıb.

Yanvarın 23-ündə Fəqan Həsənova bıçaq xəsarətləri yetirənlər, Bakı şəhər sakinləri Tural Mirzəyev, Elçin Quliyev və Vüsal Məmmədov Nərimanov RPİ CAŞ-ın əməkdaşları tərəfindən yanvarın 26-da yaxalanıblar.

Yanvarın 8-də Ə.Əliyev küçəsində yaşayan Saraxanım Quliyevaya məxsus həmin ünvanda yerləşən mağazadan açıq qapıdan keçmə yolu ilə 2 ədəd mobil telefon, danışıq kartları və ərzaq məhsulları oğurlanıb. Nərimanov RPİ 17-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Salyan rayon sakini Taleh Mürsəlov və Şirvan şəhər sakini Ramil Ağayev yanvarın 26-da yaxalanıblar.

Nəsimi RPİ Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini Ruslan Həsənovdan 543,1 qram heroin aşkar edilərək götürülülüb.

2011-ci il noyabrın 19-u tarixdə, Səfərəliyev küçəsində yerləşən avtoyuyucuda İsa Bağırova məxsus «Hunday» markalı avtomaşından 7000 ABŞ dolları oğurlayan Bakı şəhər sakini Ağahəsən Bəşirov Nəsimi RPİ 22-ci PB-nin əməkdaşları tərəfindən yanvarın 26-da yaxalanıb.

Yanvarın 22-nə keçən gecə Ç.Kərimov küçəsində Zolotaroy Aleksey Sergeyeviçin mənzilindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 500 manat və mobil telefon oğurlanıb. Xətai RPİ 36-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinənlər, Zolotaroy Lyudmila Anatolyevna, Samir Zeynalov, Seymur Əliyev, Həsən Mustafayev və Eldəniz Aslanov yanvarın 26-da yaxalanıblar.