Bişkekdə sabiq baş prokurorun qardaşı öldürülüb

biskekde-sabiq-bas-prokurorun-qardasi-oldurulub
Oxunma sayı: 719

Qırğızıstanın sabiq baş prokuroru Aida Salyanovanın qardaşı qətlə yetirilib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Salyanovanın vəkili Ulan Cumakov öz feysbuk hesabında paylaşıb.  Onun sözlərinə görə, bir neçə maskalı şəxs Ulan Salyanovun Bişkekdəki evinə basqın edib. Salyanov çoxsaylı xəsarət alaraq dünyasını dəyişib. Ölkənin DİN-i hücum faktını təsdiqləsə də, təfərrüatları barədə açıqlama verməyib.

Aysel Kərimova