Kassano geyləri əsəbiləşdirdi

kassano-geyleri-esebilesdirdi
Oxunma sayı: 647

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi məlumata görə, “Milan”ın forvardı İtaliya millisində geylərin olmasına işarə vurub.
Belə ki, İtaliyanın radio proqramında iştirak edən futbolçu yığmada homoseksual futbolçuların ola biləcəyindən şübhələndiyini bildirib. Məşhur italyan gey aparıcı Keççi Paone “Millinin bir futbolçusu ilə birlikdə olmuşam. Covinko, Abate və Montolivonun homoseksual olduğunu dəqiq bilirəm” dedikdə Kassanonun verdiyi cavab geylərin etirazına səbəb olub. Futbolçu cavabında “mavi”lər haqqında xoşagəlməz ifadə işlədib. Homoseksuallar İtaliya Futbol Federasiyasına müraciət edərək Kassanonun yığmadan qovulmasını tələb edib. Bundan sonra forvard dediyi sözlərə görə üzr istəyib.