“Kənan seksi, Tarkan şirin, amma Kıvançın gözlərinə bayıldım” – Müsahibə, Fotosssiya

kenan-seksi-tarkan-sirin-amma-kivancin-gozlerine-bayildim-musahibe-fotosssiya
Oxunma sayı: 1121

Divarese üçün hazırladığı ayaqqabıları tanıtmaq üçün İstanbula gələn Paris Hilton bilinməyən tərəflərini “Hürriyet” qəzetinə verdiyi müsahibəsində açıqlayıb. Müsahibədən maraqlı məqamları təqdim edirik:

- Məncə siz pulu xoşbəxtliyə çevirə bilən birisiniz. Çox pulunuz olmasına baxmayaraq, çox işləyirsiniz. Həm varlı, həm çalışqan, həm də xoşbəxt olmağı necə bacarırsınız?

- Çox təşəkkür edirəm. Məni şəxsən tanımadığınız halda belə hiss etməyiniz çox gözəldir. Həyatım işləməklə keçir. Əsl iş qadınıyam. Bu məsələdə ulu babamı və babamı nümunə götürürəm.

- Heç depressiyaya girmirsiniz?

- Xeyr, həyatı çox sevirəm. Həmişə özümü xoşbəxt hiss edirəm. Doğuşdan antidepressiyalıyam deyəsən. Bütün iş növlərində çox uğurla irəliləyirəm, çox şanslıyam. Sahib olduqlarım üçün özümlə fəxr edirəm.

- Bir çox gənc qızın stil simvolusunuz. Bəs sizinki kimdir?

- Hər zaman Merlin Monronun çox gözəl olduğunu düşünmüşəm. Onu çox sevirəm. Viktoriya Beckhemin stilini çox sevirəm. Bir də Keyt Moss, çox zərif və çox seksi.

- Sizcə Paris Hilton niyə doğulub?

- Həyatda hər şeyin bir səbəbi olduğun düşünürəm. Mən dünyaya insanları əyləndirmək və güldürmək üçün gəldim. Bir də dünyanı daha da yaxşılaşdırmaqda mənim də bir payım olacaq. Kiçik yaşlarımdan könüllü olaraq yardım dərnəklərində işləyirəm. Xeyirxah işlər görmək məni xoşbəxt edir.

- Bir gecədə iflas etsəniz ertəsi gün nə ilə məşğul olaraq pul qazanarsınız?

- Belə bir şey olmayacaq. Amma olarsa həyatımı insanlara yardım etməyə həsr edərəm.

Türkiyənin üç yaraşıqlısı Kənan İmirzalıoğlu, Kıvanç Tatlıtuğ və Tarkan haqqında nə düşündüyünü soruşduqda isə “Kənan çox seksi, Tarkan şirin, amma mənim sevimli tipim Kıvanç. Çox yaraşıqlıdır, gözlərinə bayıldım. Axşam partimə gələcəkmi?”.