Lənkəran-Lerik yolu tamamilə bağlana bilər

lenkeran-lerik-yolu-tamamile-baglana-biler
Oxunma sayı: 678

Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun ANS PRESS-ə verdiyi məlumata görə, Lənkəran-Lerik magistralının 7 yerində yenidən torpaq sürüşməsi baş verib.

Belə ki, yolun 17-ci, 20-ci, 23-cü, 27-ci, 34-cü, 43-cü, 53-cü km-də torpaq sürüşür. Torpaq sürüşməsi belə davam edərsə, Leriklə Lənkəranın əlaqəsi kəsiləcək. Hazırda Yol İstismar İdarəsinin əməkdaşları yolu torpaq çöküntülərindən təmizləsələr də, təhlükə qalmaqdadır.

Rayon İcra Hakimiyyətinin rəsmisinin sözlərinə görə, hazırda yolda avtomobillərin hərəkəti mümkün olsa da, belə getsə, yol tamamilə bağlanacaq. Bundan başqa, torpaq sürüşməsi rayonun mərkəzi də daxil olmaqla, 5 yaşayış məntəqəsində ciddi problemlər yaradıb.

Qeyd edək ki, son günlər Lənkəran-Lerik yolunda və Lerikin bir neçə kəndində torpaq sürüşməsi intensiv olaraq davam edir.