Lent.az-ın “kopya”sı yaradıldı

lentaz-in-kopyasi-yaradildi
Oxunma sayı: 668

“Qafqazinfo”nun məlumatına görə, saytın təsisçiləri haqqında sözügedən səhifədə heç bir məlumat verilməyib. Saytda "Ölkə içi”,”Dünya”, “Hadisə”, “İslam”, “Müsahibə”, “İqtisadiyyat”, “Mədəniyyət” və “Toplum” rubrikaları var.

Qeyd edək ki, bu adda artıq bir xəbər saytı mövcud idi. “APA Group”a daxil olan lent.az 2008-ci ildən fəaliyyət göstərir.
“Qafqazinfo”ya açıqlamasında lent.az-ın baş redaktoru Qabil Abbasoğlu deyib ki, hər bir yeni fəaliyyətə başlayan KİV-fə uğurlar arzulayır: “Amma bu fəaliyyət ad, brend oğurluğu ilə başlamamalıdır. Hər bir KİV fəaliyyətə öz adı ilə başlasa, o zaman uğur qazana bilər. Konkret faktla bağlı isə onu deyə bilərəm ki, zaman göstərəcək ki, bu oğurluq saytı yaradanlara nə qədər uğur qazanacaq”.