Medvedyev Nərgiz Paşayevaya orden verdi - Fotolar

<b>Medvedyev Nərgiz Paşayevaya orden verdi -<font color=red> Fotolar</b></font>
Oxunma sayı: 181

“Qafqazinfo”nun məlumatına görə, Rusiya ilə dostluğun və əməkdaşlığın möhkəmlənməsinə verdikləri böyük töhfəyə görə əcnəbi vətəndaşlara dövlət mükafatlarının təqdim olunmasına həsr edilmiş təntənəli mərasim Rusiya prezidentinin Moskva yaxınlığındakı “Qorki” iqamətgahının Mavi zalında keçirilib.

“Dostluq ordeni” ilə təltif edilənlər arasında “Qazprom” Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının üzvü Burkhard Berqman (Almaniya), Rusiyadakı Amerika Ticarət Palatasının prezidenti Endrü Somers (ABŞ), “Knyaz Dmitri Romanovun xeyriyyə fondu”nun sədri Dmitri Romanov (Danimarka Krallığı), Vyetnam Sosialist Respublikası Milli Məclisinin mədəniyyət, təhsil və gənclərin işləri üzrə komissiyasının sədri Çonq Thi Dao, “Capen Tabakko İnternəşnl” şirkətinin prezidenti Pyer De Labuşer (Fransa) də var.
D.Medvedev Monqolustan nümayəndəsini “Şərəf” ordeni ilə, Livan və Serbiya nümayəndələrini “Puşkin medalı” ilə təltif edib.

Rəsmi hissədən sonra Dmitri Medvedev və mərasim iştirakçıları xatirə şəkli çəkdiriblər.
Nərgiz Paşayeva Azərbaycan KİV-lərinə müsahibəsində bu hadisənin əhəmiyyətini qiymətləndirərək deyib: “Bu, mənim həyatımda, taleyimdə xüsusi bir gündür. Bu, mənim təltif edildiyim ilk dövlət mükafatıdır və mərasim çox yaxşı, gözəl keçdi. Mən fəxr edirəm və xoşbəxtəm ki, Azərbaycan və Rusiya mədəniyyətlərarası münasibətlərinin tarixinə müəyyən töhfə verə bilirəm”.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi