“Məhərrəm Əliyev heç kəsə qoşulmur” – Açıqlama

meherrem-eliyev-hec-kese-qosulmur-aciqlama-
Oxunma sayı: 685

“Qafqazinfo”nun məlumatına görə, məsələ ilə bağlı M. Əliyevin qardaşı, Milli Məclisin üzvü Adil Əliyev jurnalistlərin suallarını cavablandırıb. Onun sözlərinə görə, Məhərrəm Əliyev uzun illər hüququ mühafizə orqanlarında çalışıb. Qanunla hüquq mühafizə orqanında çalışanlar hər hansı bir siyasi partiya üzvü ola bilməz: “Məhərrəm müəllim eyni zamanda Azərbaycanın Tacikistanda səfiri kimi də fəaliyyət göstərib ki, «Diplomatik Xidmət Haqqında» qanuna müvafiq olaraq, hər hansı bir diplomat bu və digər siyasi partiyanın üzvü ola bilməz. Ona görə də, yayılan məlumatların əsası yoxdur».

A. Əliyev sonda onu da qeyd edib ki, M. Əliyev hansısa siyasi partiyanın üzvü olmasa da, amma o hər zaman ulu öndər Heydər Əliyevin ideoloji siyasi xəttinin əsas ana mərkəzində dayanan Yeni Azərbaycan Partiyasının həyata keçirdiyi siyasi kursu dəstəkləyib: «Yeni Azərbaycan Partiyasının (YAP) həyata keçirdiyi siyasi kursu dəstəklədiyinə görə də, Məhərrəm müəllimin hansısa yaradılması səslənən bir partiyanı dəstəkləməsi barəsində deyilənlər doğru deyil».

Nahid Canbaxışlı