Məmmədyarov Klintonla Qarabağı müzakirə etdi

<b>Məmmədyarov Klintonla Qarabağı müzakirə etdi </b>
Oxunma sayı: 144

Xarici işlər naziri Elmar Məmmədyarov ABŞ-a işgüzar səfəri çərçivəsində dünən ABŞ-ın dövlət katibi Hillari Klinton ilə görüş keçirib. Xarici İşlər Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, Klinton Məmmədyarovu salamlayaraq, Azərbaycana terrorizm ilə mübarizədə göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib, ikitərəfli əməkdaşlıqdan məmnun olduğunu vurğulayıb.

Görüşdə ikitərəfli əməkdaşlığın müxtəlif sahələri, xüsusilə enerji sahəsindəki əməkdaşlıq və onun genişləndirilməsi məsələləri müzakirə edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi də aparılıb.

Nərgiz Ehlamqızı


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi