Məşhur modelimiz tacını kimə verdi? - Fotosessiya

meshur-modelimiz-tacini-kime-verdi-fotosessiya
Oxunma sayı: 665

İstanbulda 24-cü dəfə “Best Model of the World” yarışması baş tutub. Həmyerlimiz “Vitse Best Model of the World 2010” Günay Musayeva builki yarışmanın münsif heyətində dünyanın ən yaxşı manekenini seçib. “Qafqazinfo”nun məlumatına əsasən, Günay gecəyə Türkiyənin tanınmış modelyeri Erol Albayrakın xüsusi geyimində qatılıb. Bu il “Best Model” adını türkiyəli model, Günayla eyni model agentliyində çalışan Furkan Palalı və kolumbiyalı model Silvia Catalina Acevedo qazanıb. “Best Model of Turkey”in birincisi Tuğba Melis Türk isə “Best Model of The World”də ikinci sırada yer alıb.

Həmin gecə tacını bu ilki qalibə dövr edən Günay, Türkiyənin moda jurnallarına fotolar çəkən fotoqraf Serkan Mumcuoğluyla da fotosessia hazırlayıb. Serkan Mumcuoğlu fashion fotosessiaları ilə Türkiyənin ən qabaqcıl fotoqraflarından olub, bir çox məşhurları fərqli obrazda çəkib. Qeyd edək ki, builki “Best Model of the World”un kataloqlarında və 90 ölkədə yayımlanan jurnalın üz səhifəsində həmyerlimiz Günay Musayevanın şəkilləri dərc olunub.


Nigar