“Millətimə yazığım gəlir” - Status

milletime-yazigim-gelir-status
Oxunma sayı: 645

İş yerlərinin olmaması, sosial infrastrukturun bərbad vəziyyətdə olduğunu yazan R. Nurullayev, paytaxt şəhərimizlə bölgələrimiz arasında yaranan uçurumun aradan qalxmasını tələb edib.

“Azərbaycan kəndlərində yaşayan insanlar bəlkə də, cəhənnəmlərini bu dünyada yaşayırlar. Nə iş yeri var, nə pul var, nə də sosial infrastruktur. Çoxu ianə ilə yaşayırlar. Bir çoxları isə ailələrində olan yaşlıların qocalıq müavinəti göz dikiblər. Yeganə qazanc yerləri budur. Hər bir ailənin ya Bakıda, ya da Rusiyada bir ailə üzvü var. O da imkan olandan olana ailə üzvlərinə yardım edir. İstər deputat ol, istər yüksək çinli məmur. Əksəriyyətinin kəndlərdə kasıb yaşayan qohum-əqrəbası var.

Hələ ki, Azərbaycan kəndlərinin çoxunda qaz yoxdur. Amma, düzdür qazlaşdırma gedir. Su mənbəyi aran rayonlarında bulanıq axan Kür və Araz çayları. Dağ rayonlarında isə ya artezian quyuları, ya da hər kəsin şəxsi hesabına yaratdığı su mənbələridir. Kəndlərdə yollar yox dərəcəsindədir. Yeni məhəllələrdə isə ümumiyyətlə yol yoxdur. Kəndlərə getmək üçün ya “CİP”, ya da ən azından Niva avtomobilin olmalıdır”.

Sədr müavini daha sonra yazır:

“Millətimə yazığım gəlir. İnkar etmək olmaz ki, kəndlərin inkişafı üçün işlər görülmür. Qazlaşdırma müsbət haldır. Elektrik enerjisinin verilməsi sabitləşib. Amma, kənddə rahat yaşamaq üçün bəs deyil bunlar”.

“Düşünmək vaxtı deyilmi? Xərclənən pulların səmərələliyini yoxlamaq zamanı çatmayıbmı?”.

Sədan