Milyarderlərin adları açıqlandı- siyahı

milyarderlerin-adlari-aciqlandi-siyahi-
Oxunma sayı: 786




Türkiyənin «Ekonomist» jurnalı 2011-ci il üçün ölkənin 100 ən zəngin ailəsinin siyahısını dərc edib. Siyahıya sərvəti 8 mlrd. dollardan çox olan “Koç Holdinq”ə sahib olan Koç ailəsi başçılıq edir.
İkinci yerdə qərarlaşan “Doğuş Holdinq”ə sahib olan Şahenk ailəsinin 6-8 mlrd. dollar sərvəti var.
Üçüncü yerdə yenə də 6-8 mlrd. dollarla “Sabancı Holdinq”in sahibi Erol Sabancı gəlir.
İlk onluğun sonrakı sıralaması belədir:
4- “Ülkər Qrup”un sahibi olan Ülkər ailəsi (6-8 mlrd. Dollar)
5- “Enka Holdinq”in sahibi Şarık Tara (5-6 mlrd dollar)
6- “Eczacıbaşı holdinq”ə sahib Eczacıbaşı ailəsi (5-6 mlrd dollar)
7- “Doğan Holdinq”ə sahib Doğan ailəsi (4-5 mlrd dollar)
8- “Cukuroba holdinq”in sahibi M.Emin Qaramehmet (4-5 mlrd dollar)
9- “Anadolu Qrup”in sahibi olan Yazıcı ailəsi (4-5 mlrd dollar)
10 - “Habaş Qrup”a sahib Mehmet Başaran (4-5 mlrd dollar.
Siyahıda sərvəti milyardlarla ölçülən xeyli iş adamı var. Ümumilikdə siyahıda sonuncu yerdə 300-500 mln. sərvətlə “Güral Qrup”a sahib olan Güral ailəsi qərərlaşıb.

azadliq.info