Mixail Qusman İlham Əliyevdən müsahibə aldı

mixail-qusman-ilham-eliyevden-musahibe-aldi
Oxunma sayı: 905

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Ümumrusiya Dövlət Teleradio Verilişləri Şirkətinin “Formula Vlasti” (Hakimiyyət Formulu) proqramının müəllifi və aparıcısı Mixail Qusmana müsahibə verib. “Qafqazinfo” prezidentin rəsmi saytına istinadən xəbər verir ki, dövlət başçısı müsahibədə Azərbaycanın son illər müxtəlif sahələrdə keçdiyi inkişaf yolu, ulu öndər Heydər Əliyevin irsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın xarici siyasəti, regionların inkişafı və digər məsələlərlə bağlı suallara cavab vermişdir.