BMT Rusiya qarşısında geri çəkildi

bmt-rusiya-qarsisinda-geri-cekildi
Oxunma sayı: 645

Məlumatı fevralın 3-də “Frans press” agentliyi yayıb.

Ərəb Dövlətləri Liqasının təqdim etdiyi qətnamədə Suriya prezidenti Bəşər Əsəddən səlahiyyətlərini müavini Faruq əl-Şəraya təhvil vermək, milli etimad hökuməti yaratmaq və demokratik seçki keçirmək tələb olunurdu. “Frans press”in diplomatik mənbələrə istinadla yaydığı xəbərdə deyilir ki, BMT Təhlükəsizlik Şurasının veto hüquqlu daimi üzvü olan Rusiyanın etirazları nəzərə alınıb və Bəşər Əsədi hakimiyyəti təhvil verməyə çağıran bənd qətnamə layihəsindən çıxarılıb.

2011-ci il martın 15-dən Suriyada xalq üsyanı gedir. İndiyəcən 5 mindən çox adam ölüb. Əsas tələb prezident Bəşər Əsədin istefasıdır. O, hakimiyyətə 2000-ci ildə gəlib. 1971-ci ildən 2000-ci ilədək isə Suriyaya onun atası Hafiz Əsəd rəhbərlik edib.

Suriya prezidenti Bəşər Əsədin istefası tələbini həm siyasi, həm də hərbi müxalifət irəli sürür. Siyasi müxalifət Suriya Milli Şurasında, hərbi müxalifət isə Azad Suriya Ordusunda (müxalifət tərəfə keçmiş zabit və əsgərlərdən təşkil olunub) birləşib.


"Media forum"