“Müğənnilər birdən-birə soyunmaqda düzgün hərəkət etmirlər” - Mövqe

mugenniler-birden-bire-soyunmaqda-duzgun-hereket-etmirler-movqe
Oxunma sayı: 697

Jurnalistin müğənnin cəsarətli geyimi ilə bağlı sualına cavab verən Səfurə Əlizadə deyib ki, müğənninin öz imici olmalıdır: “Mən səhnəyə çıxandan imicim belədir. Cavan qızam, gizlətməli, utanmalı yerim yoxdur”.
Müqğənni qeyd edib ki, insanın özündən, davranışından da çox şey asılıdır: “Elə sənətçilər var ki, səhnəyə daima bağlı geyinib, tamaşaçı da belə öyrənib. Sonra birdən-birə açıq-saçıq geyinəndə bu yaxşı qarşılanmır. Məsələn, mənim menecerim mənə danışmışdı ki, əvvəllər Britni Spirs məktəbli qız imicində idi. Sonra birdən birə seksi geyimlərə keçdi və fanatlarını itirdi. Sonra 2-3 ilə başqa pərəstişkarlar topladı”.

Səfurə müğənninin fanatlardan asılı olduğunu bildirib: “Bizdə bəzi müğənnilər birdən-birə soyunmaqda düzgün hərəkət etmirlər. Əgər imicini dəyişmək istəyirsən, çalış bunu gözəl və yavaş-yavaş et. Mən əvvəldən insanları belə öyrəşdirdim. Çalışıram davranışımla, danışığımla çirkin görünməyim”.